00:51 14-10-2020
news_image
100
FUTBOL

Yığmamız 2 uğursuz seriyadan birini qırsa da...

Millətlər Liqasında növbəti oyununu keçirən Azərbaycan millisi 6-cı dəfə oktyabrın 13-də meydana çıxıb.
 
Apasport.az saytının məlumatına görə, indiyədək 5 dəfə bu tarixdə qüvvəsini sınayan komandamız Kiprlə Albaniyanın Elbasan şəhərində keçirilən matçda nəhs günlə bağlı iki uğursuz seriyadan birini qırıb. 

Ayın 13-də baş tutan əvvəlki oyunların hamısında uduzan millimiz bu dəfə rəqibi ilə qolsuz bərabərə qalaraq, xal qazanıb. Ancaq komandamız nəhs gündə yenə qola həsrət qalıb.
 
Yığmamız üç dəfə evdə, üç dəfə səfərdə keçirdiyi matçlarda ümumilikdə 12 top buraxıb.
 
13 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – İngiltərə - 0:1
13 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Portuqaliya – 0:2
13 oktyabr 2014. Osiyek. AÇ. Xorvatiya – Azərbaycan – 6:0
13 oktyabr 2015. Sofiya. AÇ. Bolqarıstan – Azərbaycan – 2:0
13 oktyabr 2019. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan – 1:0
13 oktyabr 2020. Elbasan. ML. Azərbaycan – Kipr – 0:0