09:24 14-10-2020
news_image
118
FUTBOL

Ronaldonu keçdi – Neymar

Braziliya millisinin tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasının II turunda Peru (4:2) yığmasının qapısına 3 top vuran Neymar Ronaldonu keçib.

2-ci pilləyə yüksələn PSJ-nin forvardı millidəki qol sayını 64-ə çatdırıb. “Yekədiş”in aktivində isə 62 qol var.

Bombardirlər siyahısına isə Pele başçılıq edir. Onun aktivində 77 top var. Neymar rekordçunu arxada qoymaq imkanlarına malikdir.