10:42 14-10-2020
news_image
92
FUTBOL

Bakıya itkilərlə gələcək - Monteneqro millisi

Millətlər Liqasının növbəti turunda Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığması itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, balkanlılar noyabrın 14-də Bakıda keçirilməli olan qarşılaşmada üç futbolçunun xidmətindən yararlana bilməyəcək.

Buna IV turun Lüksemburqla dünənki qarşılaşması səbəb olub. Evdə 1:2 hesabı ilə uduzan Monteneqronun iki futbolçusu qırmızı, bir oyunçusu sarı vərəqə üzündən cəzalı duruma düşüb.

İkinci sarı vərəqə üzündən qarşılaşmanı erkən tərk edən Marko Simiç millimizə qarşı oynamayacaq. Birbaşa qırmızı vərəqə alan Marko Yankoviçin cəzası daha uzun ola bilər. Onun təkcə yığmamız deyil, son turun Kiprlə matçını buraxması da mümkündür.

Momçilo Raspopoviç isə turnirdə ikinci sarı vərəqəni alıb. Bu səbəbdən də Azərbaycana qarşı oynamayacaq.

Qeyd edək ki, Azərbaycan millisi də gələn ay keçiriləcək görüşə itki ilə çıxacaq. Anton Krivotsyuk sarı vərəqə limitinə görə meydana çıxmayacaq.