11:52 14-10-2020
news_image
101
FUTBOL

40 oyunluq həsrətə son – 6 il sonra

Millətlər Liqasının IV turunda Lixtenşteynlə qarşılaşan San Marino yığması səfərdən qolsuz bərabərliklə dönməyə nail olub.

Apasport.az saytının məlumatına görə, bununla komanda tarixi antirekorda son qoyub.

San Marino yığması 40 oyundan sonra ilk dəfə xal almağın sevincini yaşayıb. Franko Varrellanın yetirmələri 6 ildən sonra birinci dəfə meydanı məğlub olmadan tərk edib. Komanda buna qədər 2014-cü il noyabrın 15-də Estoniya ilə 0:0 hesablı bərabərə qalıb.

San Marinonun məğlub olduğu 40 matçdan ikisi Azərbaycanla görüşə təsadüf edib. Yığmamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2016-cı ildə səfərdə (1:0), 2017-ci ildə isə evdə (5:1) qələbə qazanıb.

Qeyd edək ki, D liqasının 2-ci qrupunda yer alan San Marino 1 xalla sonuncu pillədə qərarlaşıb.