12:17 14-10-2020
news_image
421
FUTBOL

Millimizin “-5” statusunu pozdu - Qara Qarayev

Azərbaycan millisi tarixində 6-cı dəfə penalti imkanını qaçırıb.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının IV turunun Kiprlə ev matçında (0:0) 11 metrlik nöqtədən fərqlənmək imkanını qaçırıb.

Bu uğursuzluğu millinin kapitanı Qara Qarayev yaşayıb. Yarımmüdafiəçi yığmanın tarixinə penaltini qaçıran 6-cı futbolçu kimi düşüb.

İlk cəhdi uğursuz alınan Qaraya qədər Kamal Quliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Markus Ferreyra və Zaur Ramazanov da belə şansdan yararlana bilməyiblər.

6 dəfə penaltidə xətaya yol verən komandamız 18 belə imkanı qola çevirib. Bu isə o deməkdir ki, yığmanın dəqiqlik faizi 75-ə bərabərdir.

Milli tarixinin ən yaxşı penalti ustası Nazim Süleymanovdur. Yığmamızın ilk kapitanı 3 zərbənin hər birini qola çevirib. 

Hərəyə 2 penalti vuran Qurban Qurbanov, Mahir Şükürov, Əfran İsmayılov və Riçard Almeyda da 100 faizlik göstəriciyə imza atıb. Penalti qaçıranlardan yalnız Rəşad Sadıqovun bir qolu 11 metrlik nöqtədən qeydə alınıb.

Millinin digər 6 üzvü isə hərəyə bir dəfə qazandığı şansdan dəqiq istifadə edib. Canni de Byazinin son heyətində isə Qaraya qədər millidə penalti zərbəsi vuran yox idi.