12:59 14-10-2020
news_image
69
FUTBOL

Koronavirusa yoluxdu – “Vilyarreal”ın futbolçusu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İspaniya klubu "Vilyarreal"ın futbolçusu Sofian Çakla koronavirusa yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı mərkəz müdafiəçisinin Mərakeş yığmasında olarkən verdiyi testin nəticəsi pozitiv çıxıb. Hazırda vətənində təcrid olunan Çakla sağaldıqdan sonra İspaniyaya qayıdacaq.

Qeyd edək ki, “Vilyarreal” İ qrupunda “Qarabağ”la yanaşı, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. Azərbaycan çempionu İspaniya təmsilçisi ilə oktyabrın 29-da evdə qarşılaşacaq.