13:29 14-10-2020
news_image
112
FUTBOL

Serbiyalı futbolçunu sifariş etmədi – “Qarabağ”ın rəqibi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” Türkiyə Futbol Federasiyasına (TFF) yekun iştirak ərizəsini təqdim edib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi mövsümün qış fasiləsinə qədər olan dönəminədək xidmətindən yararlanacağı futbolçuların adlarını quruma göndərib.

Ölkə daxili matçlarda baş məşqçi Rıza Çalımbay A siyahısına 28 oyunçu cəlb edib. “Qırmızı-ağlar” 20 yaşlı serbiyalı yarımmüdafiəçi Armin Derlekin adını iştirak ərizəsinə salmayıb.

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ”ın Avropa Liqasının İ qrupundakı digər rəqibləri “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) olacaq. Təmsilçimiz Türkiyə klubu ilə III (5 noyabr) və IV (26 noyabr) turda üz-üzə gələcək.