14:37 14-10-2020
news_image
92
FUTBOL

Tarixin ən nüfuzlu kapitanları – Premyer Liqada

İngiltərə Premyer Liqası tarixində ən nüfuzlu kapitanların siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Squawka” portalı 1992-ci ildən bəri bu ad altında keçirilən yarışın simvoluna çevrilmiş liderlərin sıralamasını dərc edib.

“Mançester Yunayted”in əfsanəvi yarımmüdafiəçisi Roy Kin Premyer Liqa tarixinin ən yaxşısı seçilib. İlk “üçlüy”də “Çelsi” və “Arsenal”dakı çıxışları ilə tanınan Con Terri ilə Toni Adams yer alıblar.

“Liverpul” əfsanəsi Stiven Cerrard siyahıda 4-cü yerdə qərarlaşıb.

1. Roy Kin (“Mançester Yunayted”)
2. Con Terri (“Çelsi”)
3. Toni Adams (“Arsenal”)
4. Stiven Cerrard (“Liverpul”)
5. Stiv Bryus (“Mançester Yunayted”)
6. Patrik Vieyra (“Arsenal”)
7. Alan Şirer (“Nyukasl”)
8. Vensan Kompani (“Mançester Siti”)
9. Nemanya Vidiç (“Mançester Yunayted”)
10. Qari Nevill (“Mançester Yunayted”)
11. Dennis Uayz (“Çelsi”)
12. Stilyan Petrov (“Aston Villa”)
13. Cordan Henderson (“Liverpul”)
14. Ues Morqan (“Lester”)
15. Fil Nevill (“Everton”)
16. Sami Hyyupya (“Liverpul”)