15:15 14-10-2020
news_image
200
FUTBOL

Millimizin futbolçusu məhkəməyə çıxarıldı – həbs oluna bilər

Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxıb.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”ın heyətində yer alanda komanda yoldaşı olan Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunduğu üçün ifadə verir.

San-Sebastyandakı 3 saylı Cinayət Məhkəməsi hazırda davam edir və adıçəkilən şəxslər dindirilir. Videogörüntünün kütləvi yayımında təqsirləndirilən İsrafilovun günahı sübuta yetirilərsə, 1 ildən 3 ilədək azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisinin formasını geyinir.