18:11 14-10-2020
news_image
184
DİGƏR NÖVLƏR

Sankt-Peterburqda medal qazandı – idmançımız

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Panin-Kolomenkinin xatirəsinə həsr olunan turnirdə qadınların yarışına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, idmançılar sərbəst proqramda bacarıqlarını göstəriblər.

Azərbaycan təmsilçisi Yekaterina Ryabova bu hərəkətdə 1-ci yeri tutub. Lakin iki çıxışın yekununda 184,49 xal toplayan idmançımız 2-ci pillə ilə kifayətlənib. Turnirin qalibi adına isə rusiyalı Yelizaveta Nuqumanova yiyələnib. O, 187,16 xal toplayıb.

Qeyd edək ki, kişilərin yarışında digər təmsilçimiz Vladimir Litvintsev mübarizə aparacaq.