22:26 14-10-2020
news_image
130
FUTBOL

“Doqquzluq”da – Kamran Ağayevlə digərlərinin fərqi

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Azərbaycan millisindəki debütü uğurlu alınıb.
 
Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalı legioner ilk görüşündə qapısını toxunulmaz saxlayıb.
 
Bu, Millətlər Liqasının C liqasının 1-ci qrupunun IV turuna təsadüf edib. Şahruddin Kiprlə qarşılaşmada qapısından qol buraxmayıb – 0:0.
 
Məhəmmədəliyev rəsmi turnirlər çərçivəsində, yəni dünya və Avropa çempionatının seçmə oyunları, həmçinin Millətlər Liqası matçında qol buraxmayan 9-cu qapıçıdır. İndiyədək cəmi 8 qolkiper belə görüşlərdə “quru” oyun keçirib.
 
Mütləq rekord Kamran Ağayevə məxsusdur. O, 14 dəfə qapısını toxunulmaz saxlayıb. Milli tarixinin digər qapıçıları hamısı birlikdə 12 “quru” oyun keçirib.
 
1. Kamran Ağayev – 14
2. Dmitri Kramarenko – 3
3-4. Aleksandr Jidkov, Cahangir Həsənzadə - 2
5-9. Kazimir Qudiyev, Fərhad Vəliyev, Səlahət Ağayev, Emil Balayev, Şahruddin Məhəmmədəliyev – 1.