22:53 14-10-2020
news_image
95
FUTBOL

“Kristal Pelas”a keçdi - “Liverpul”dan

İngiltərənin “Kristal Pelas” klubu heyətinə yeni futbolçu qatıb.
 
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Nataniel Klayn ilə müqavilə imzalayıb.
 
29 yaşlı müdafiəçi ilə qısamüddətli müqavilə imzalanıb. “Kristal Pelas”ın öz yetirməsi olan Klaynın son klubu “Liverpul” olub.
 
2015-ci ildən mersisaydlıların şərəfini qoruyan müdafiəçi ötən mövsümdə “Bornmut”da icarədə olub.