23:41 14-10-2020
news_image
73
FUTBOL

Daha bir ikincilik – Sankt-Peterburqda

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Panin-Kolemenkinin xatirəsinə həsr olunan turnir davam edir.
 
Apasport.az saytının məlumatına görə, bu gün kişilərin mübarizəsinə start verilib.
 
Azərbaycan təmsilçisi Vladimir Litvintsev də qısa proqramda öz bacarığını nümayiş etdirib. O, 87,47 xalla 2-ci yeri tutub.
 
İdmançımız yalnız Andrey Mozalyovdan geri qalıb – 87,94. Yarışın mükafatçıları sərbəst proqramdan sonra müəyyənləşəcək.
 
Qeyd edək ki, qadınların yarışında qüvvəsini sınayan təmsilçimiz Yekaterina Ryabova 2-ci yeri tutub.