00:02 15-10-2020
news_image
88
FUTBOL

3 illik qadağa – Salaha qarşı irqçilik nümayiş etdirən azarkeşə

İngiltərənin “Vest Hem” klubunun 48 yaşlı azarkeşi Bredli Tamvud cəzalandırılıb.
 
Apasport.az saytının məlumatına görə, buna fanatın “Liverpul”la qarşılaşmadakı (0:2) irqçi davranışı səbəb olub.
 
Məhəmməd Salaha qarşı irqçilik nümayiş etdirən azarkeşin stadiona girişinə 3 illik qadağa qoyulub. O, həmçinin 400 funt sterlinq cərimə olunub. Azarkeş təhqir etdiyi futbolçuya 125 funt sterlinq kompensasiya da ödəyəcək.
 
“Vest Hem” Tamvuda təlim məşğələləri təklif edib. Bu, azarkeşin baxışlarını dəyişməlidir. Əks-halda isə klub qadağanı 3 illik deyil, ömürlük cəza kimi tətbiq etmək hüququna malikdir.