00:27 15-10-2020
news_image
89
FUTBOL

47 yaşlı qapıçı - Millətlər Liqasında

Bosniya və Herseqovina yığması Millətlər Liqasının IV turunun hazırda davam edən matçına 47 yaşlı qapıçı sifariş edib.
 
Apasport.az saytının məlumatına görə, Polşa ilə görüşdə qapıçılar üzrə məşqçi Qoran Braşniçin də adı protokola daxil edilib.
 
Buna komandada qapıçı probleminin yaranması səbəb olub. 2004-2008-ci illərdə millinin formasını geyinmiş Braşniç futbolçu karyerasını 2010-cu ildə başa vurub.
 
Qeyd edək ki, bundan əvvəl Ukrayna millisi də qapıçı problemi ilə üzləşmişdi. Buna görə də 45 yaşlı Aleksandr Şovskovski ehtiyat qapıçı kimi sifariş olunmuşdu.