08:59 15-10-2020
news_image
162
FUTBOL

“Qarabağ”la oyunların heç biri asan keçməyəcək” – Rıza Çalımbay

“Baş məşqçilik karyeramda avrokuboklarda mübarizəm həmişə yaxşı keçib. Həm ölkəmiz, həm də “Sivasspor” üçün yarışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasındakı çıxışları barədə danışarkən deyib.

“Fotomaç” qəzetinə müsahibə verən 57 yaşlı mütəxəssis komandasının Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Çalışdırıcı yer aldıqları İ qrupunda işlərinin çətin olacağını söyləyib: “Hamı qrupumuzun asan olduğunu düşünür. “Vilyarreal” İspaniyanın önəmli klublarındandır. “Makkabi” illərdir avrokuboklarda çıxış edən kollektivdir. “Qarabağ” isə Azərbaycanın ən yaxşı komandalarından biridir. Onlarla oyunların heç biri asan keçməyəcək. Futbolçularımın bu marafondan üzüağ çıxacağını düşünürəm. İlk matçımız səfərdə “Vilyarreal”a qarşı olacaq. Onun ardından “Makkabi” və “Qarabağ”ı Sivasda qəbul edəcəyik. Həmin iki görüşdə qələbə qazansaq, növbəti mərhələ şansımız artar”.

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasında oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.