10:06 15-10-2020
news_image
109
FUTBOL

“Burada yüksəlməsi üçün ulduzu çatmadı” – rusların Bədavi peşmanlığı

Rusiyada şans qazana bilməyib, sonradan başqa ölkədə uğurlu çıxış edən futbolçuların siyahısı dərc edilib.

Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov da yer alıb.

Leandro Paredesin “Zenit”də əsas heyətə düşə bilməməsi, lakin sonradan transfer olunduğu PSJ-də aparıcı oyunçulardan birinə çevrilməsi Rusiya KİV-ni araşdırma aparmağa vadar edib.

Həmkarlarımız “Qarabağ”ın milliləşdirilmiş rusiyalı legioneri Bədavi Hüseynovun gedişini də Paredes kimi peşmanlıqla vurğulayıblar. Məqalədə 29 yaşlı mərkəz müdafiəçisinin Ağdam klubundakı uğurlu çıxışı, xüsusən də, Çempionlar Liqasının qrupundakı oyunları qeyd olunub: “Kiçik bir futbol nağılı. Azərbaycan millisinin müdafiəçisinin Rusiya futbolunda yüksəlməsi üçün ulduzu çatmadı. “Dağdizel”lə aşağı liqada çıxış etdi, “Anji”də məşq etdi, ancaq sadəcə gənclər liqasında matçlara çıxdı. 2012-ci ildə Hüseynov məkan dəyişmək qərarına gəldi və MDB-nin heç də ən yaxşı olmayan çempionatına getdi. Bir neçə il sonra xeyli inkişaf edən “Qarabağ”ın heyətində Avropa Liqasında çıxış etdi. Bu klubun 2017/18 mövsümündə “Çelsi”, “Roma” və “Atletiko” ilə Çempionlar Liqasında qarşılaşmalarını izlədik. Bədavi sonunculardan xal aldıqları görüşlərdə meydanda oldu”.

Siyahıda həmçinin Milan Rodiç, Aleksandr Qleb, Nenad Eriç və İvan İvanov da var.

Qeyd edək ki, “Dağdizel”in yetirməsi olan Bədavi Hüseynov 2012-ci ildən “Qarabağ”ın formasını geyinir.