11:10 15-10-2020
news_image
92
FUTBOL

“Yuventus”un oyununa təyinat aldı - AFFA rəsmisi

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik beynəlxalq oyuna təyinat alıb.

Apasport.az saytının məlumatına görə, avstriyalı Çempionlar Liqasının oyununda hakim-inspektor olacaq.

O, G qrupunun “Dinamo” (Kiyev, Ukrayna) – “Yuventus” (İtaliya) matçına təyinat alıb. Oktyabrın 20-dəki qarşılaşma Kiyevdə baş tutacaq.