13:24 15-10-2020
news_image
229
FUTBOL

“12 ildir dağın başındayam” – Ronaldodan iddialı açıqlama

“Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldo yenə diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasına yoluxan Portuqaliya millisinin kapitanı bu dəfə iddialı açıqlama ilə gündəmə gəlib.

35 yaşlı hücumçu özünü dünyanın ən güclü futbolçusu adlandırıb: “Mənim yaşımda heç bir futbolçu bir böyük klubdan digərinə 100 milyon avroya keçə bilməz. Mən fərqli idmançıyam, fərqli beyinə sahibəm və fərqli insanam. Bəlkə də, bu səbəbdəndir ki, 12 ildir dağın başındayam”.

Qeyd edək ki, Kriştianu Ronaldo 9 il formasını geyindiyi “Real”dan 2018-ci ildə “Yuventus”a transfer olunub.