13:41 15-10-2020
news_image
139
FUTBOL

“Qarabağ”la oyunöncəsi koronavirus narahatlığı – “Makkabi”də

Avropa Liqasının qrup mərhələsində ilk oyununu “Qarabağ”a qarşı keçirəcək İsrail klubu “Makkabi”də (Təl-Əviv) koronavirus pandemiyası ilə bağlı narahatlıq davam edir.

Apasport.az saytının məlumatına görə, son testin nəticələri neqativ çıxsa da, klubun tibbi personalı daha bir test aparmağı planlaşdırır.

Bu dəfə yalnız yığmadan qayıdan oyunçuların yoxlamadan keçməsi nəzərdə tutulur və bu məsələ rəhbərliklə müzakirə olunur. Düzdür, İsrail millisinin son toplanışına cəlb olunan Eytan Tibi, Şeran Yeini, Maor Kandil, Eyal Qolasa və Eden Karzevin yığmada olarkən testi neqativ çıxıb. Lakin klubun həkimləri narahatlığı aradan qaldırmaq üçün onları bir daha yoxlamaq niyyətindədir.

Qeyd edək ki, “Makkabi” – “Qarabağ” qarşılaşması oktyabrın 22-də Təl-Əvivdə keçiriləcək.