
18:28
Türkiyənin “Hatayspor” klubunda növbəti koronavirusa yoluxma faktı aşkarlanıb.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi 3 futbolçunun testinin pozitiv çıxdığını açıqlayıb.
Adları açıqlanmayan həmin oyunçular artıq təcrid olunublar və müalicələrinə başlanılıb. Bununla “Hatayspor”da koronavirusa yoluxan futbolçu sayı 6-ya yüksəlib.
Qeyd edək ki, “Hatayspor” Super Liqanın V turunda oktyabrın 18-də “Ərzurum BB” ilə qarşılaşacaq.