15:46 15-10-2020
news_image
148
FUTBOL

Ən yaxşı adına 20 namizəd - Avropada

Ən yaxşı gənc futbolçu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Tuttosport” nəşri 2020-ci ildə Avropanın ən yaxşısı olmağa 20 namizədi müəyyənləşdirib.

Avropa ölkələrindən birinin yüksək liqasında çıxış edən və 21 yaşadək olan futbolçular üçün təsis olunan “Golden Boy”a aşağıdakı oyunçulardır: Mitçel Bakker (PSJ, Niderland), Eduardo Kamavinqa (Renn, Fransa), Conatan Devid (Lill, Kanada), Alfonso Devis (Bavariya, Kanada), Serjinyo Dest (Barselona, ABŞ), Fabiu Silva (Vulverhempton, Portuqaliya), Ansu Fati (Barselona, İspaniya), Filip Foden (Mançester Siti, İngiltərə), Rayan Qravenberx (Ayaks, Niderland), Meyson Qrinvud (Mançester Yunayted, İngiltərə), Erlinq Holand (Borussiya D, Norveç), Kallum Hadson-Odoi (Çelsi, İngiltərə), Deyan Kuluşevski (Yuventus, İsveç), Rodriqo (Real, Braziliua), Bukayo Saka (Arsenal, İngiltərə), Ceydon Sanço (Borussiya D, İngiltərə), Dominik Soboslai (Zalsburq, Macarıstan), Sandro Tonali (Milan, İtaliya), Ferran Torres (Mançester Siti, İspaniya), Vinisius Junior (Real, Braziliya).

Qeyd edək ki, mükafatı ötən il “Atletiko”nun portuqaliyalı futbolçusu Joao Feliş qazanıb.