16:30 15-10-2020
news_image
148
FUTBOL

“O, daha istedadlıdır” – Messi ilə Ronaldonu müqayisə etdi

İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua “Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilə “Barselona”nın kapitanı Lionel Messini müqayisə edib.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü portuqaliyalı və argentinalı superulduzların ünvanına tərif deyib.

Bu cütlük arasındakı rəqabətdən bəhs edən 28 yaşlı qolkiper hər ikisinin özünəməxsus üstünlüklərinin olduğunu söyləyib: “Onların hər ikisi başqa planetdəndir. Ronaldonun bacarığı atletizm, güc və sürətlə bağlıdır. Onun qol duyumu yaxşıdır və düzgün mövqe seçir. Bu, Messiyə də aiddir. Leo daha istedadlıdır, gözlənilməz driblinqlər edir, iki kvadratmetrlik ərazidə dörd müdafiəçini aldada bilir. Onları müqayisə etmək olmur, hansının daha yaxşı olduğunu deyə bilmərəm. Ronaldo və Messiyə qarşı oynadığım üçün fəxr edirəm. Əlbəttə, ikisi mənim qoruduğum qapıya qol vurub”.

Qeyd edək ki, Tibo Kurtua “Real”a 2018-ci ildə 35 milyon avro müqabilində İngiltərə klubu “Çelsi”dən keçib.