17:18 15-10-2020
news_image
157
FUTBOL

“Qanadlan, körpə” – Ronaldo Neymar haqda

“Sənə hörmətim böyükdür, Neymar. Sən çox oynayırsan, məhsuldar ötürmələr verirsən, gözəl driblinqə maliksən və yaxşı zərbələr endirirsən”.

Apasport.az saytının məlumatına görə, bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldo deyib.

“Yekədiş” ləqəbi ilə tanınan əfsanə yığmanın bombardirləri siyahısında 2-ci pilləni Neymara verməsinə münasibət bildirib. Ronaldo sosial şəbəkədə həmyerlisinə uğurlar arzulayıb: “Kamilliyin sonu yoxdur. Qanadlan, körpə! Sən yazdığın tarix gözəldir. Təkmil və daha yetkin oyunçu. Bilirəm ki, meydandan kənarda təzyiqin öhdəsindən gəlmək daha çətindir nəinki topu ayağında saxlamaq. İndi mənə de görüm, biz hardan gəldik və nəyə nail olduq... Kim deyə bilər ki, bu mümkünsüzdür? Öz instinktinə inanmaqda davam et. Çünki sən heç kimin ala bilməyəcəyi istedada maliksən. Sən hələ çox rekordlar qırmalı, tarixdə öz izini qoymalısan. Zirvədə braziliyalını gördüyümə şadam”.