22:06 15-10-2020
news_image
103
FUTBOL

“Real”a rəqib oldu – “Barselona”

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Pol Poqba İspaniyaya köçə bilər.
 
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü “Barselona”nın transfer gündəminə düşüb.
 
Kataloniya təmsilçisi müqavilə müddəti 2021-ci ilin yayına qədər olan 27 yaşlı orta sahə oyunçusunu azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Ancaq futbolçunun “mankunianlar”la sözləşməsində müddətin avtomatik daha bir il uzadılması bəndi də var. Premyer Liqa klubu müqaviləni istənilən vaxt artırmaq hüququna malikdir.
 
Qeyd edək ki, Pol Poqba İspaniyanın digər təmsilçisi “Real”ın da maraq dairəsindədir. Madridlilərin baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda həmyerlisini sərəncamında görmək istəyir.