23:04 15-10-2020
news_image
293
FUTBOL

“Qarabağ”la oyunu buraxacaq – “Vilyarreal”ın daha bir futbolçusu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İspaniya “Vilyarreal”ında daha bir futbolçunun durumuna aydınlıq gəlib.
 
Apasport.az saytının məlumatına görə, ekvadorlu müdafiəçi Pervis Estupinyanın tibbi testinin nəticələri açıqlanıb.
 
Millisinin heyətində Uruqvayla (4:2) matçda zədələnən sol cinah oyunçusunun sağ bud əzələsində dartılma aşkarlanıb. 22 yaşlı oyunçunun sağalma prosesindən asılı olaraq 2 və ya 3 həftə kollektivdən uzaq qalacağı açıqlanıb. Onun La Liqada “Valensiya”, “Kadis”, “Valyadolid”, eyni zamanda Avropa Liqasında “Sivasspor” (22 oktyabr) və “Qarabağ”la (29 oktyabr) matçlarda iştirakı gözlənilmir. Baş məşqçi Unay Emeri yeni transferin yoxluğunda həmin görüşlərdə müdafiənin sol cinahında Xayme Kosta və ya Alfonso Pedrazaya şans verməyi planlaşdırır.
 
Qeyd edək ki, “Vilyarreal”da yarımmüdafiəçi Frensis Kokelin və hücumçu Jerar Moreno da zədədən əziyyət çəkirlər. Müdafiəçi Sofian Çakla isə koronavirusa yoluxub. Onlardan Morenonun “Qarabağ”la görüşü buraxacağı dəqiqdir.