00:00 16-10-2020
news_image
110
FUTBOL

İngiltərə yolunda – Massimiliano Alleqri

İtaliyanın “Yuventus” klubunun sabiq baş məşqçisi Massimiliano Alleqrinin tezliklə yenidən iş başında olmaq variantı yaranıb.
 
Apasport.az saytının məlumatına görə, 53 yaşlı mütəxəssis İngiltərədən təklif alıb.
 
Premyer Liqa təmsilçisi “Mançester Yunayted” yeni baş məşqçi axtarışına çıxıb və namizədlər arasında Alleqri də var. Rəhbərlik uğursuz nəticələr səbəbindən hazırkı çalışdırıcı Ole Qunnar Sulşeri istefaya göndərmək variantını nəzərdən keçirir. Bu posta əsas namizədlər isə italiyalı ilə yanaşı, “Tottenhem”in keçmiş baş məşqçisi Mauritsio Poçettinodur.
 
Qeyd edək ki, Alleqri son olaraq 2014-2019-cu illərdə “Yuventus”a rəhbərlik edib.