00:12 16-10-2020
news_image
180
FUTBOL

Modriçlə bağlı qərarını verdi – “Real”

İspaniyanın “Real” klubunun futbolçusu Luka Modriçin taleyinə aydınlıq gəlib.
 
Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi xorvatiyalı yarımmüdafiəçini komandada saxlamaq qərarına gəlib.
 
“Kral klubu” hətta 35 yaşlı oyunçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Ancaq ispanlar sözləşmə müddəti 2021-ci ilin yayına qədər olan orta sahə oyunçusuna yalnız 1 illik saziş təklif edəcək. Rəhbərlik onun 2022-ci ildə məhz “Real”ın heyətində karyerasını bitirməsini istəyir.
 
Qeyd edək ki, Luka Modriç “Real”a 2012-ci ildə İngiltərə klubu “Tottenhem”dən keçib.