00:29 16-10-2020
news_image
97
FUTBOL

“Santos”u böhrana saldı – Robinyonun adının təcavüzdə hallanması

Türkiyə klubu “Başakşəhər”dən ayrıldıqdan sonra yetirməsi olduğu “Santos”a qayıdan Robinyonun keçidi Braziliya təmsilçisinə ciddi problem yaşadıb.
 
Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçunun 5 illik sözləşmə imzalamasından sonra “Santos”un sponsorlarından biri müqaviləyə xitam verib.
 
Səbəb heç də futbolçunun yüksək məbləğdə məvacibə qol çəkməsi deyil. Maraqlıdır ki, Robinyonun “Santos”da aylıq maaşı 1500 Braziliya rialıdır (təxminən 450 manat). Onun adının 2017-ci ildə qadın təcavüzündə hallanmasını əsas gətirən baş sponsorlardan biri əməkdaşlıqdan imtina edib. Həmin şirkət əsasən qadınların istifadə etdiyi məhsulları satır və zərif cinsin nümayəndələrinə dəstək xarakterli olaraq bu addımı atıb. Bu isə “Santos”u ciddi maliyyə böhranına salıb.
 
Qeyd edək ki, Robinyo 2002-2005, 2010 və 2014-2015-ci illərdə “Santos”un formasını geyinib.