09:54 16-10-2020
news_image
243
FUTBOL

Yeni transferinə ödəyəcəyi məbləğ açıqlandı – “Neftçi”nin

“Neftçi”nin yeni transferi Bruno Teluşiyə ödəyəcəyi məbləğ məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə Albaniyanın “Panoramasport” nəşri məlumat yayıb.

Bakı təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayan 29 yaşlı yarımmüdafiəçinin bu müddət ərzində məvacibi 100 min avro təşkil edəcək. Mövsümün əvvəlində “Kukesi”yə keçməsinə baxmayaraq, “Neftçi”nin sərfəli təklifi onun orada cəmi 2 ay qalmasına səbəb olub.

Qeyd edək ki, Bruno Teluşi İtaliyanın "Virtus Entella” (2007-2011), Albaniyanın "Flamurtari” (2011-2017), "Partizani” (2018-2020), "Kukesi” (2020) və Xorvatiyanın "Slaven Belupo” (2017) klublarında çıxış edib, Albaniya kubokunun (2014), çempionatının (2019) və Superkubokunun (2020) qalibi olub. Teluşi Albaniyanın U-17 (2006-2007) və U-21 (2011-2012) milli komandasının da şərəfini qoruyub.