11:25 16-10-2020
news_image
149
FUTBOL

Oyununun yeri dəyişdirildi – “Qarabağ”ın

Azərbaycan çempionatının I divizionunda III turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, gələn həftə keçiriləcək turun qarşılaşmaları iki gün ərzində baş tutacaq.

“Turan Tovuz” və “Qarabağ-2” arasında oyunun yeri dəyişdirilib. Tovuz şəhər stadionunda aparılan yenidənqurma işləri ilə əlaqədar I dövrənin  oyunu “Qarabağ-2” – “Turan Tovuz”, II  dövrənin oyunu “Turan Tovuz” – “Qarabağ-2” olaraq dəyişdirilib. “Qarabağ”ın ikinci komandası ev görüşünü Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirəcək.

I divizion
III tur
21 oktyabr (çərşənbə)

“Qarabağ-2” – “Turan Tovuz”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00

“Sumqayıt-2” – “Kəpəz”
“Kapital Bank Arena” (ehtiyat meydança), 13:00

“Qaradağ Lökbatan” – “Keşlə-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

22 oktyabr (cümə axşamı)

“Neftçi-2” – MOİK
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 14:00
“Sabah-2” - “Zaqatala”
“Bank Respublika Arena” (ehtiyat meydança), 13:00