11:36 16-10-2020
news_image
474
FUTBOL

B liqasına yüksəlmək şansı açıqlandı – yığmamızın

Millətlər Liqasının 4 turundan sonra komandaların şansları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ekspertlər son iki tur ərəfəsində hər bir yığmanın konkret yerləri tutmaq ehtimallarını hesablayıb.

C liqasının 1-ci qrupunda çıxış edən Azərbaycan millisinin də şansları bəlli olub. Keçirdiyi 4 oyundan sonra 4 xalla 3-cü pillədə qərarlaşan Canni de Byazini yetirmələri birinci yer imkanı minimuma enib. Komandamızın B liqasına yüksəlmək ehtimalı 1,06 faizə bərabərdir. Daha çox 3-cü yeri tutacağı gözlənilən millimiz qrup sonunculuğundan da sığortalanmayıb.

1-ci yer – 1,06
2-ci yer – 4,21
3-cü yer – 89,28
4-cü yer – 5,45

Qeyd edək ki, yığmamız V turda Monteneqronu qəbul edəcək, son matçında Lüksemburqun qonağı olacaq.