12:21 16-10-2020
news_image
67
FUTBOL

Daha bir mərhələ ləğv olundu – “Formula-1”də

“Formula-1” üzrə dünya çempionatının daha bir mərhələsi ləğv olunub.

Apasport.az saytının məlumatına görə, ilk dəfə keçirilməsi nəzərdə tutulan Vyetnam Qran-Prisi baş tutmayacaq.

Buna səbəb adıçəkilən ölkədə koronavirus pandemiyasının sürətlə yayılmasıdır. Vyetnamda 1200 nəfərin virusa yoluxması və 35 nəfərin ölməsi xəbəri açıqlandıqdan sonra noyabrda keçirilməli olan mövsümün ikinci mərhələsinin ləğvi qərarlaşdırılıb.

Qeyd edək ki, Vyetnam Qran-Prisinin əvvəlcə apreldə keçirilməsi nəzərdə tutulsa da, sonradan oktyabra təxirə salınmışdı.