13:08 16-10-2020
news_image
186
TOP OYUNLARI

Prezidenti dəyişmədi – CEV-in

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti vəzifəsinə seçkilər keçirilib.

Apasport.az saytının məlumatına görə, serbiyalı Aleksandr Boriçiç daha 4 il quruma rəhbərlik edəcək.

O, konfederasiyanın 41-ci Baş Assambleyası çərçivəsində baş tutan seçkilərdə daha çox səs toplayıb. Qurumun hazırkı prezidenti Avstriya paytaxtı Vyanadakı seçkidə 36 səs yığıb. Onun yeganə rəqibi olan estoniyalı Hanno Pevkurə isə 19 federasiya etimad göstərib.

2015-ci ildən CEV-ə rəhbərlik edən serbiyalı ikinci dəfə bu vəzifəyə seçilib. 1948-ci il təvəllüdlü Boriçin idman menecmentinə qədər voleybolçu və məşqçi karyerasına malik olub. 1992-2016-cı illərdə əvvəl Yuqoslaviya, ardınca Serbiya Voleybol Federasiyasının prezidenti olan Boriçiç hazırda FİVB-in ikinci icraçı vitse-prezidentidir.