14:17 16-10-2020
news_image
58
FUTBOL

“Arsenal”ın hədəfində - “Qarabağ”ın rəqibi

Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan İspaniya “Vilyarreal”ının futbolçusu Pau Torres karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Arsenal”ın hədəfindədir.

London təmsilçisi Torres üçün 35 milyon funt-sterlinq ödəməyə hazırdır. Bu keçidin qış “transfer pəncərəsi”ndə gerçəkləşəsi gözlənilir.

Qeyd edək ki, Paunu ələ keçirmək üçün “Arsenal”dan başqa “Mançester Yunayted” də mübarizə aparır.