14:30 16-10-2020
news_image
80
FUTBOL

Daha bir təklif – milli üzvünə

İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Adama Traore daha bir təklif alıb.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü uğrunda mübarizəyə “Liverpul” da qoşulub.

Yay fasiləsində bir neçə Premyer Liqa təmsilçisinin təklifini rədd edən 24 yaşlı oyunçu üçün “qırmızılar” qarşı tərəflə danışıqlara başlayıb. Onun fiziki göstəriciləri “mersisaydlılar”ın baş məşqçisi Yurgen Kloppun diqqətini çəkib. Ancaq “Liverpul” futbolçunu əldə etmək üçün Avropanın bir neçə aparıcı klubunu qabaqlamalı olacaq.

Qeyd edək ki, Adama Traorenin “Vulverhempton”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.