15:23 16-10-2020
news_image
73
FUTBOL

Aşağı liqa klubuna göndərilir – “Liverpul”dan

İngiltərənin “Liverpul” klubunun futbolçusu Harri Uilsonun yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi aşağı dəstə təmsilçisi “Kardiff”də çıxış edəcək.

23 yaşlı futbolçu Uels təmsilçisinə icarəyə veriləcək. “Suonsi” və “Bristol” da Uilsonun heyətində görmək istəsə də, kardifflilər daha cəlbedici şərtlər təklif edib.

Cari mövsüm Premyer Liqada meydana çıxmayan Harri İngiltərə kubokunda “Liverpul”un formasını geyinib.

Qeyd edək ki, bir müddət öncə “Bernli” yarımmüdafiəçini icarəyə götürmək fikrindən imtina edib.