
17:29
Türkiyənin “Başakşəhər” klubu Çempionlar Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Apasport.az saytının məlumatına görə, siyahıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Əmrə Kaplan da yer alıb.
İstanbul təmsilçisi ümumilikdə 24 oyunçunun adını sifariş edib. 19 yaşlı milliləşdirilmiş oyunçu bu turnirdə 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Başakşəhər” H qrupunda PSJ (Fransa), "Mançester Yunayted" (İngiltərə) və "Leypsiq"lə (Almaniya) mübarizə aparacaq.