16:12 16-10-2020
news_image
89
DİGƏR NÖVLƏR

İdmançımız mükafatsız qaldı – Rusiyada

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Panin-Kolemenkinin xatirəsinə həsr olunan turnirdə kişilərin mübarizəsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, idmançılar bu gün sərbəst proqramla çıxış edib.

Azərbaycan konkisürəni Vladimir Litvintsev uğursuzluqla üzləşib. Qısa proqramdan sonra 2-ci pillədə olan təmsilçimiz sərbəst çıxışda yalnız 4-cü yerlə kifayətlənib – 135,95.

Yekunda  223,42 xala malik Litvintsev mükafatçılar sırasına düşə bilməyib. 4-cü olan idmançımız rusiyalılar Andrey Mozalev (248,61), Roman Savosin (241,38) və Artyom Lejeyevdən (225,02) geri qalır.

Qeyd edək ki, qadınların yarışında qüvvəsini sınayan Yekaterina Ryabova 2-ci yeri tutub.