16:43 16-10-2020
news_image
116
FUTBOL

Fransalı futbolçusu sağaldı – “Qarabağ”ın rəqibinin

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İspaniya klubu “Vilyarreal”da zədəli futbolçulardan biri sıraya dönüb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dayaq yarımmüdafiəçisi Frensis Kokelin tam sağalıb.

La Liqanın III turunda “Barselona” ilə matçda (0:4) fasilədən sonra əvəzlənən 29 yaşlı oyunçunun sağ bud əzələsində yırtılma aşkarlanmışdı. Bugünkü tibbi baxışdan sonra fransalının sağaldığı və artıq məşqlərə başlaması üçün heç bir maneənin qalmadığı açıqlanıb.

Ondan fərqli, ekvadorlu müdafiəçi Pervis Estupinyan və hücumçu Jerar Moreno zədə səbəbindən qarşıdakı turları, eyni zamanda oktyabrın 29-da “Qarabağ”la Bakıda keçiriləcək II tur matçını buraxacaq. Koronavirusa yoluxan müdafiəçi Sofian Çakla isə müalicə alır.

Qeyd edək ki, “Vilyarreal” Avropa Liqasının İ qrupunda “Qarabağ”la yanaşı, “Sivasspor” (Türkiyə) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparacaq. İspaniya təmsilçisi ilk görüşünü oktyabrın 22-də evdə “Sivasspor”a qarşı keçirəcək.