17:04 16-10-2020
news_image
87
FUTBOL

FİFA-ya göndərildi – hakim köməkçisi

2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək qadın FİFA referiləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ədalət təmsilçiləri bu gün FİFA testi veriblər. 

Əvvəlki siyahı saxlanılmaqla, fiziki testdən və ingilis dili bacarığından uğurla keçən Sevda Nuriyevanın adı hakim köməkçisi kimi FİFA-ya göndəriləcək.

Qeyd edək ki, əvvəlki siyahıda Yuliya Qurbanova FİFA referisi, Gülnurə Əkbərzadə referi köməkçisi idi.