17:35 16-10-2020
news_image
139
FUTBOL

Lider Sumqayıt səfərində - “Qəbələ” çempionla üz-üzə

Sabah Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilədən sonrakı ilk tur iki gün davam edəcək.

Tur "Səbail" - "Keşlə" matçı ilə başlayacaq. Meydan sahibləri son pillədən qurtulmaq üçün iddialı rəqibini büdrətmək əzmindədir. Yunis Hüseynovun komandası ən azı bir günlük zirvəni ələ keçirmək üçün qalib gəlməlidir.

İlk oyun gününə turnir cədvəlindəki qonşuların dueli ilə yekun vurulacaq. Ehtiyatda bir oyunu olan son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Uğursuz startla azarkeşlərini üzən Qurban Qurbanovun yetirmələri qara zolaqdan çıxmaq üçün mübarizə aparacaq. 

Turnir cədvəlinin orta sıralarında qonşu olan “Neftçi” və “Sabah” ikinci oyun günündə görüşəcək. Son iki turda qələbəyə həsrət qalan rəqiblər üçün növbəti uğursuzluq ciddi islahatlarla müşayiət oluna bilər. Bu üzdən də Füzuli Məmmədovla Visente Qomesin yetirmələri meydana yalnız qələbə iddiası ilə çıxacaq.

Turun son görüşündə ilk “üçlük”də qərarlaşan komandalar qarşılaşacaq. Yarışın sürpriz lideri “Zirə” Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Ayxan Abbasovun yetirmələri rəqibini keçmək üçün qalib gəlməlidir. Bakılılar isə mövqeyini qorumağa köklənib.

Qeyd edək ki, növbəti turun görüşləri oktyabrın 24-25-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
VI tur
17 oktyabr (şənbə)
14:00. "Səbail" - "Keşlə"
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov
"ASCO Arena"

16:00. "Qarabağ" - "Qəbələ"
Hakimlər:
Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev
"Azersun Arena"

18 oktyabr (bazar)

14:00. “Neftçi” – “Sabah”
“Bakcell Arena”

16:00. “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”

1

Zirə

5

3

1

1

7-6

10

2

Keşlə

5

2

2

1

5-3

8

3

Sumqayıt

5

2

2

1

7-5

8

4

Neftçi

5

2

1

2

5-6

7

5

Sabah

5

2

0

3

6-6

6

6

Qarabağ

4

1

2

1

5-4

5

7

Qəbələ

5

0

4

1

3-6

4

8

Səbail

4

1

0

3

5-7

3