10:10 17-10-2020
news_image
58
FUTBOL

Bir həftəlik müqavilə - “Santos” Robinyo ilə vidalaşdı

Braziliya yığmasının sabiq futbolçusu Robinyo klubu “Santos”la yollarını ayırıb.
 
Apasport.az saytının məlumatına görə, 36 yaşlı forvardla bir həftə əvvəl imzalanan müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyi açıqlanıb.
 
Buna səbəb kimi Robinyonun 2017-ci ildə qadın təcavüzündə adı hallandığı üçün “Santos”un əsas sponsorlarından birinin əməkdaşlığa son verməsi göstərilib. Klub rəhbərliyi həmin sponsoru fikrindən daşındırmaq üçün ulduz futbolçu ilə vidalaşıb.
 
Qeyd edək ki, Robinyo karyerası ərzində “Real”, “Milan” və “Mançester Siti” kimi nəhəng klubların formasını geyinib.