11:08 17-10-2020
news_image
91
FUTBOL

Etiraf – sabiq “Liverpul”ludan

İngiltərənin II liqa təmsilçisi “Morkam”ın futbolçusu Tom Bruitt şok etirafla gündəmə gəlib.
 
Apasport.az saytının məlumatına görə, müdafiəçi 2016-cı ildə “Liverpul”da olarkən komanda yoldaşı Daniel Klirini qəsdən zədələdiyini açıqlayıb.
 
O, bu addımı İngiltərə Federasiya Kuboku matçına özünün çıxmaq istəyi ilə əlaqələndirib: “Kimisə incitməyə və ya münasibətləri pozmağa belə, hazır idim. Tək istəyim “Liverpul”un heyətində meydana çıxmaq idi. Matçdan əvvəlki məşqdə Klirinin yanında idim və onu vurdum. Onu incitmək istəmirdim, amma oynamağıma mane olmayacağından əmin olmaq istədim. Çirkin mübarizə olduğunu bilirdim, qəsdən etdim və bununla qürur duymuram. Ancaq bundan utanmıram, çünki beynimdə bir fikir var idi - ya mən, ya da o. Kliri növbəti iki həftədə dəyənəklə gəzdi. Onu incitmək istəmirdim, sadəcə qarşıdakı oyun üçün sıradan çıxarmalı idim”.
 
Qeyd edək ki, həmin hadisədən sonra Bruitt özü sarsıntı keçirərək “Ekseter”lə (2:2) oyunu buraxmışdı.