11:59 17-10-2020
news_image
88
FUTBOL

Yığmaların oyununa qarşıdır – portuqaliyalı baş məşqçisi

İngiltərənin “Vulverhempton” klubunun baş məşqçisi Nuno Eşpirito Santo koronavirus pandemiyası dönəmində milli komandaların oyunlarının dayandırılmasını tələb edib.
 
Apasport.az saytının məlumatına görə, UEFA-ya səslənən portuqaliyalı mütəxəssis beynəlxalq təqvimin düzgün qurulmadığını bildirib.
 
Çünki Portuqaliya millisinin heyətində olarkən Kriştianu Ronaldo koronavirus infeksiyasına yoluxduğundan, “Vulverhempton”un portuqaliyalı futbolçuları Ruy Patrisio, Nelson Semedo, Ruben Neveş, Joao Moutinyo və Daniel Podense Premyer Liqanın V turunda “Lids”lə səfər oyununu buraxa bilərlər: “Təbii ki, bu durum oyuna hazırlığımıza təsir edir. Hansısa oyunçuda yoluxma aşkarlanarsa, onu dəyişməli, hər şeyə yenidən başlamalıyıq. Buna görə də pandemiya dönəmində beynəlxalq təqvimin düzgün hazırlanmadığını düşünürəm. Milli komandaların oyunlarına son qoyulmalı, fasilələr olmamalıdır”.
 
Qeyd edək ki, “Lids” – “Vulverhempton” oyunu oktyabrın 19-da keçiriləcək.