12:15 17-10-2020
news_image
54
FUTBOL

“Arsenal”la oyunu buraxacaq – “Mançester Siti”nin 2 futbolçusu

İngiltərənin “Mançester Siti” klubu ciddi itkilərlə üzləşib.
 
Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in iki aparıcı futbolçusu Premyer Liqanın V turunda “Arsenal”la keçiriləcək oyunu buraxacaq.
 
Bunlar yarımmüdafiəçi Kevin De Bruyne və hücumçu Qabriel Jezuşdur. Baş məşqçi Pep Qvardiola hər iki oyunçunun zədə ucbatından bugünkü qarşılaşmanı buraxacağını açıqlayıb.
 
Qeyd edək ki, bu mövsüm De Bruyne 1 qol və 1 assistlə, Jezuş isə 1 qolla yadda qalıb.