13:00 17-10-2020
news_image
70
FUTBOL

Taleyi Depaydan asılıdır - Qrizmannın

Fransa millisinin hücumçusu Antuan Qrizmann qış fasiləsində komandasını dəyişə bilər.
 
Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubu futbolçusunu icarə əsasında göndərməyi planlaşdırır.
 
Baş məşqçi Ronald Kuman 29 yaşlı forvardın çıxışından məmnun deyil. Fransa “Lion”unda oynayan Memfis Depayın transferi yanvarda reallaşarsa, kataloniyalılar Qrizmann üçün gələn icarə təkliflərini dəyərləndirəcək. Hazırda İtaliyanın iki klubu – “Yuventus” və “İnter” ulduz futbolçunu heyətinə cəlb etməkdə maraqlıdır.
 
Qeyd edək ki, Antuan Qrizmannın “Barselona” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.