15:41 17-10-2020
news_image
84
FUTBOL

Ardıcıl iki qol - əsgər salamı ilə

Azərbaycan Premyer Liqasının VI turunda keçirilən “Səbail” – “Keşlə” matçında ardıcıl iki qol qeydə alınıb.
 
Apasport.az saytının məlumatına görə, matçın 49-cu dəqiqədə qonaqlardan Rəhman Hacıyev, cəmi 2 dəqiqə sonra isə Bahadur Həziyev fərqlənib.
 
Hər iki futbolçu qol sevincini əsgər salamı verərək yaşayıb. Onlara həmçinin komanda yoldaşları da qoşularaq, vurulan qolları Dağlıq Qarabağda torpaqlarımızı işğal altından xilas etməyə çalışan Azərbaycan Ordusuna həsr ediblər.
 
Qeyd edək ki, hazırda ikinci hissəsi gedən matçda hesab 1:1-dir.