18:59 17-10-2020
news_image
85
FUTBOL

Səfər qələbəsi qazandı – “Qarabağ”ın rəqibi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Sivasspor” Türkiyə Super Liqasında növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, sivaslılar Kayseridə yerli “Kayserispor”un qonağı olublar.

Rıza Çalımbayın yetirmələri birinci hissədə 1, fasilədən sonra isə 2 qol vuraraq, səfərdən qələbə ilə dönüblər. Komandanın heyətində Ziya Ərdal (28-ci dəqiqə), Mustafa Yatabare (60) və Faysal Fayr (83) fərqləniblər. Meydan sahiblərinin gücü bu toplardan yalnız birinin əvəzini çıxmağa çatıb. "İgidlər" hətta son saniyələrdə penalti qazansalar da, bunu dəyərləndirə bilməyiblər.

Səfərdə 3:1 hesablı qələbə qazanan “Sivasspor” xallarının sayını 7-yə çatdırıb. 

Qeyd edək ki, “Sivasspor”la “Qarabağ” arasındakı oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.