19:49 17-10-2020
news_image
74
FUTBOL

Autsayderə qalib gəldi – İsrafilovun komandası

İspaniya La Liqa2-də VI tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun açılış oyununda Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” meydana çıxıb.

Bu tura qədər cəmi 1 xal qazanan “Albasete” əvvəlki matçlarının hamısında məğlub olan “Sadabell”i qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Eddi 51-ci dəqiqədə sarı vərəqə alıb, 2 dəqiqə sonra isə əvəzlənib.

Bununla mövsümdə ilk qələbəsini qazanan “Albasete” xallarının sayını 4-ə yüksəldib.